UEFA prezidenti: Erməni mətbuatının yazdığı məni maraqlandırmır

UEFA prezidenti: Erməni mətbuatının yazdığı məni maraqlandırmır
Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub. 

Oxu.Az xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?

- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb. 

- Mən ancaq konfransdan sonra bundan xəbər tutmuşam. Konfrans bitdikdən sonra ətraflı məlumat veriləcək. 

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?

- Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr. 

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

Загрузка...

Xəbər lenti