"Ulduz" balzamının sağlamlıq və gözəllik üçün bilmədiyiniz 7 FAYDASI

Sovet dövründə bu balzamın köməyi ilə zökəmdən tutmuş baş ağrılarına qədər bir çox pozulmaları müalicə edirdilər. Təəssüf ki, müasir dövrdə bu ucuz, təbii və faydalı müalicəvi vasitə unudulub.

Panorama.az saglamolun.az-a istinadən sizi "Ulduz" balzamının bilmədiyiniz faydaları ilə tanış edir. 

1. Yumşaq və hamar ayaq dərisi

Ayaq dərisinin qalınlaşması, cod olması bir çox insanların problemidir. Pəncələrinizin dərisini yumşaq etmək istəyirsinizsə, yatmaqzadan qabaq ayaqlarınıza balzam çəkin, qalın corab geyinin. Səhər ayaqlarınızı yuyun və daban daşı ilə yaxşı sürtün. Bunu bir neçə dəfə edin. Dəriniz yumşaq və hamar olcaq.

2. Baş ağrısını və miqreni azaldır

Gicgahlarınıza balzam çəkin və bir qədər uzanın. Bu ağrıların azalmasına kömək edir.

3. Havanı təmizləmək, havada mikrobları öldürmək üçün

Balzamın əsas tərkib hissəsi efir yağlarıdır. Bu yağlar havanı təmizləyir, mikrobları öldürür. Balzamın bu xüsusiyyətini evdəki havanı təmizləmək üçün istifadə edə bilərsiniz. Bir qaba ilıq su doldurub içinə az miqdarda balzam əlavə edin. Bu xüsusilə soyuqdəymə və qripp zamanı aktualdır.
 

4. Əzələlərdə ağrını azaldır

Balzam əzələlərdə və oynaqlarda ağrıları azaltmaq üçün istifadə oluna bilər.

5. Dırnaqlarda göbələyi müalicə edir

Balzamın tərkibində olan kamfora və mentol güclü göbələk əleyhinə xüsusiyyətə malikdir.

6. Qançırları müalicə edir

Balzam yerli qan dövranının sürətləndirir və bu da göyərmələrin daha tez yox olmasına yardım edir.

7. Həşəratları qovur

Çöldə oturursunuzsa, bu vasitə ağcaqanadları və gənələri uzaqlaşdırmağa yardım edir.

loading...

Xəbər lenti