Xalçaya yazılan tarix - VİDEO

Xalçaya yazılan tarix - VİDEO
2 güləşçimiz Avropa çempionu oldu
Sərbəst güləş üzrə Azərbaycan yığma komandası Avropada tarix yazır.

Bahadırlarımız 2 çəki dərəcəsində qitə miqyaslı yarışın qızıl medallarını qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparmış Hacı Əliyev finalda türkiyəli Səlahəddin Kılıcaslanı məğlub edərək Avropa çempionluğunu bayram edib.

Hacının uğurunun davamını 79 kq-da yarışmış Cəbrayıl Həsənov gətirib. Cəbrayılın rəqibi rusiyalı Əhməd Hacıməhəmmədov yarımfinalda zədələndiyi üçün qızıl medal uğrunda görüşə çıxmayıb. Belə olan halda Cəbrayıl növbəti dəfə qitə miqyaslı yarışın ali mükafatına sahib çıxıb.

Təmsilçilərimizdən Ağahüseyn Mustafayev isə yalnız finalda məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Medal siyahımıza Mahir Əmiraslanovun alın təri ilə qazandığı bürüncü də əlavə etsək güləşçilərimizin çıxışını möhtəşəm adlandırmaq olar.

Bahadırlarımızın tarixi nailiyyətinə ən gözəl şərhi hazırda Rumıniyada olan federasiyanın vitse-prezidenti Fordovsi Umudov REAL-a müsahibəsində danışıb. 

Qeyd edək ki, 3-cü yarış günü daha bir həmyerlimiz Şərif Şərifov qızıl medal uğrunda güləşəcək. Hacımurad hacıyevlə Murad Süleymanov isə yarışın bürünc mükafatına iddialıdır.
 

loading...

Xəbər lenti