Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO

Yaşar Əliyev:
"Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.

Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.
 


Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb: "Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb.
 


Bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. 

Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcə Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur.

Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.  İki övladı var.



loading...

Xəbər lenti