Zabit Səmədovun oğlu və qızı - FOTO

Zabit Səmədovun oğlu və qızı - FOTO
"Oğlum Mübariz çox istəyir ki, gələcəkdə peşəkar idmançı olsun. Əlbəttə ki, bir ata kimi ona bu yolda hər zaman dəstək olmağa hazıram. Alınarsa, niyə olmasın”.

Publika.az xəbər verir ki, bu sözləri Zabit Səmədov övladlarının idmana olan marağından danışarkən deyib. Dünən Heydər Əliyev adına İdman Kompleksinin nəzdində öz adını daşıyan döyüş məktəbinin açılışına uşaqları ilə birlikdə gələn Mauqli ləqəbli azərbaycanlı kikboksçu onu da bildirib ki, qızı Sibel də idmanla maraqlanır:

"Qızımın da idmana həvəsi, əzmi və istedadı olarsa, gələcəkdə idmançı olmasına qarşı çıxmaram".
 


Загрузка...

Xəbər lenti