Zakir Fərəcov niyə təltif olunmadı?

Zakir Fərəcov niyə təltif olunmadı?
Noyabrın 20-də Sumqayıt şəhərinin 70 illiyi keçirilib. 
"Yeni Sabah” xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin iştirakı gözlənilsə də, bu baş veməyib. Ölkə başçısı həmin vaxt Pirşaği qəsəbəsində dəmir yolu stansiyasının açılışnda iştirak edib. Daha sonra "28 May” metrostansiyasının qarşısında vətəndaşlarla görüşüb.

Prezidentin Sumqayıtın 70 illiyinə qatılmaması bəzi mülahizələrə səbəb olub. Şəhər sakinləri arasında yayılan xəbərlərə görə,  bu, Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. 

Zakir Fərəcov 2 sentyabr 2015-ci il tarixdə Sumqayıtın icra başçısı təyin edilib. 4 il müddətində Zakir Fərəcovun müsbət işlərindən yalnız Sumqayıt bulvarının yenidən qurulmasını qeyd etmək olar. Lakin bu məsələ də qalmaqalsız ötüşməyib. Bulvarın yenidən qurulmasında iştirak edən şirkətlər hələ də onlara ödənilməli olan vəsaitləri ala bilməyiblər. İş adamları bununla bağlı dəfələrlə müxtəlif aksiyalar keçiriblər. 

Sahibkarlar iddia edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti onlara 11 milyon manat ödəməlidir. Bu qalmaqal hələ də davam edir.

Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin edildikdən sonra yerli məmurların sahibkarlıq fəaliyyətinə müdaxilələrinin geniş vüsət aldığı barədə iddialar var.

Xatırladaq ki, Zakir Fərəcov icra başçısı təyin ediləndən qısa müddət sonra Sülh küçəsində yerləşən ticarət və iaşə obyektlərinin sökülməsi barədə göstəriş vermişdi. Həmin küçədə yüzlərlə obyekt fəaliyyət göstərir. Obyekt sahiblərinin etirazlarından sonra icra başçısı qərarını dəyişməli oldu. Bundan sonra isə sahibkarların fəaliyyətinə mdaxilələrlə bağlı məlumatlar yayıldı.

Zakir Fərəcovla bağlı daha bir qalmaqal Sumqayıtda fəaliyyət göstərən "Karvan” Ticarət Mərkəzində çalışan sahibkarlara verdiyi vədi yerinə yetirməməsi ilə bağlıdır. 

O, icra başçısı təyin ediləndə "Karvan”da malları yanan sahibkarlara problemlərinin həll ediləcyi barədə vəd vermişdi. Sonradan sahibkarlar mətbuata açıqlama verərək demişdilər ki, icra başçısı vədini yerinə yetirməyib. "Dedi ki, mənlik deyil, gedin probleminiz "Karvan”la həll edin”, - deyə sahibkarlar bildirmişdilər.

Bəzi iddialara görə, Zakir Fərəcov ona olan etimadı tam doğrulda bilməyib və hakimiyyətin zirvəsində onun karyerasını davam etdirməsinin zəruriliyi barədə müəyyən tərəddüdlər var. Mümkündür ki, icra başçılarının əvəzlənməsi prosesi ondan da yan keçməsin. Hələlik bütün bunlar mülahizələrdir. Bu mülahizələrin əsassız olub-olmadığını isə zaman göstərəcək.  

Prezidentin ötən gün Sumqayıtın 70 illik yubileyi ilə bağlı təltif etdiyi şəxslərin siyahısında Z. Fərəcovun adının olmaması da diqqət çəkir.

loading...

Xəbər lenti