Ziya Bünyadov prospektində qəza tıxaca səbəb oldu (VİDEO)

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb oldu (VİDEO)
Bir az əvvəl 18:26 radələrində Ziya Bünyadov prospektində Koroğlu metrostansiyasına gedən istiqamətdə 99 LD 949 dövlət qeydiyyat nişanlı "Isuzu" markalı yük avtomobili aşıb. 

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində yolda hərəkət demək olar ki, tam dayanıb. Hadisə yerinə DYP əməkdaşları və evakuator gəlib. Sürücülərə yaxın bir saat ərzində o yola girməmələrini tövsiyə edirik.

Загрузка...

Xəbər lenti